Pepe yarımfinalda oynamayacaq

Portuqaliya millisinin futbolçusu Pepe Konfederasiyalar kubokunda yarımfinal oyununu buraxacaq.

Newsport.az-ın məlumatına görə, buna səbəb onun A qrupunun sonuncu turunda Yeni Zelandiya ilə matçda sarı vərəqə limitini doldurmasıdır. Turnirdə ikinci sarı vərəqəsini alan 34 yaşlı müdafiəçi cəzalı duruma düşüb.

Qeyd edək ki, Portuqaliya - Yeni Zelandiya görüşü birincilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right