"Skenderbeu"nun çempionluğu ləğv edildi

Albaniya Futbol Federasiyası2015/16 mövsümünün qalibi olan “Skenderbeu” klubunun çempionluğunu ləğv edib.

Newsport.az-ın məlumatına görə, buna səbəb komandanın həmin mövsüm idman etikasını pozması və danışılmış oyunlarda təqsirləndirilməsi olub.

Çempionluğun mövsümü ikinci pillədə başa vuran “Partizani”yə verilib-verilməməsiylə bağlı qərar qəbul edilməyib.

Qeyd edək ki, "Skenderbeu"nun ötən mövsüm ÇL-də iştirak hüququ əlindən alınmışdı. Komanda bu mövsüm Avropa Liqasında mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right