Alba “Mançester Yunayted”in hədəfində

Mançester Yunayted” “Barselona”nın müdafiəçisi Xordi Albanı transfer etmək istəyir. Newsport.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 28 yaşlı müdafiəçi artıq 5 ildir ki, Kataloniya klubunun formasını geyir. Alba 2012-ci ildə “Valensiya”dan tranfer olunub. Onun son mövsümdəki çıxışı məşqçilər korpusunu və azarkeşləri qane etməyib. Bu səbəbdən də Albanın “Barselona”dan gedişi real görünür. “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo ispan müdafiəçinin çıxışını çox bəyənir. Portuqaliyalı mütəxəssis Albaya Lyuk Şounun əvəzləyicisi gözü ilə baxır. Qeyd edək ki, Alba son mövsüm La Liqada meydana çıxdığı 26 oyunda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.



Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right