“Çelsi” və “Arsenal”dan örnək hərəkət

“Community Shield” adı ilə tanınan İngiltərə Superkubokunun finalında “Çelsi” və “Arsenal” qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, oyundan öncə hər iki klub örnək addım atıblar.

Belə ki, hər iki klub finalda əldə ediləcək gəlirlərini bir neçə gün öncə 24 mərtəbəli binada 79 nəfərin ölümünə səbəb olan yanğın faciəsindən ziyan görmüş ailələrə bağışlayacaqlarını elan ediblər.

Final matçından hər iki klubun ümumilikdə 1 milyon 250 milyon funt sterlinq qazanc əldə edəcəyi gözlənilir.

Qeyd edək ki, superkubok matçı 6 avqustda “Uembli” stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right