Millimizin üzvü "Samsunspor"a keçdi

Millimizin üzvü Ufuk Budakın yeni komandası müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, son olaraq “Manisaspor”da oynayan və maliyyə şərtləri ilə razılaşmadığı üçün klubu tərk edən futbolçunun “Adana Dəmirspor”a keçəcəyi deyilsə də, bu keçid son anda baş tutmayıb.

Belə ki, 27 yaşlı müdafiəçi bu gün digər birinci liqa təmsilçisi “Samsunspor”un təlim-məşq bazasında  olub və klubla müqavilə şərtlərini müzakirə edib. Budak I Liqa təmsilçisi ilə razılığa da gəlib. Onun transferi yaxın günlərdə rəsmən açıqlanacaq.

Qeyd edək ki, millimizin heyətində 17 oyun keçirən Ufuk Budak karyerası ərzində Almaniyanın “Ülm”, “Frayburq” və Türkiyənin “Əskişəhərspor”, “Qaziantep BB”, “Kayserispor” kimi komandalarda çıxış edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right