Çin millisi Almaniya çempionatında oynayacaq

Çinin 20 yaşılardan ibarət milli komandası növbəti mövsümdən Almaniyanın cənub-şərq regional liqasında - 4-cü divizionda çıxış edəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə Almaniya və Çin futbol federasiyaları arasında razılıq əldə edilib. Çin yığması cənub-qərb divizionunda 20-ci komanda olacaq.

Yığma divizionun 19 komandasının hər biri ilə 2 dəfə qarşılaşacaq. Çin tərəfi buna görə hər bir komandaya 15 min avro ödəyəcək.

Ancaq Çin yığmasının nəticələri turnir cədvəlində nəzərə alınmayacaq. Çinlilərin hansı şəhərdə məskunlaşacağı və ev oyunlarını hansı stadionda keçirəcəyi hələ məlum deyil.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right