“Beşiktaş” Azərbaycana gəlir

Türkiyə çempionu “Beşiktaş” bu il Azərbaycana gələcək.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun prezidenti Fikrət Orman məlumat verib.

Türkiyə mətbuatına müsahibə verən “qara qartallar”ın prezidenti bu il ölkəmizə səfər edəcəklərini deyib: “Müsəlman ölkədə rəğbət qazana bilərik. Məsələn, Azərbaycanda inanılmaz sayda “Beşiktaş” azarkeşi var. Ötən il ora getmək istəsək də, alınmadı. Amma bu il Azərbaycana gedəcəyimiz dəqiqləib”.

Qeyd edək ki, ötən il İstanbul nəhənginin Azərbaycan səfəri çərçivəsində “Qarabağ”la yoxldaşlıq oyunu keçirəcəyi açıqlansa da, səfər son anda baş tutmamışdı.

 





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi AZAL Zirə Kəpəz