PSJ "Barselona"nın futbolçusuna "elçi düşdü"

İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi İvan Rakitiç Kataloniya təmsilçisi ilə yollarını ayıra bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, xorvatiyalı futbolçunun Fransanın PSJ klubuna keçməsi gözlənilir. Parislilər komandadan ayrılması gündəmdə olan Marko Verrattiyə əvəzləyici kimi məhz Rakitiçi görürlər.

"Barselona" isə Rakitiçi 50 milyon avro müqabilində buraxmağa hazırdı.

Qeyd edək ki, xorvatiyalı yarımmüdafiəçi 2014-cü ildən "Barselona"da çıxış edir. O, Kataloniya təmsilçisinə "Sevilya"dan transfer olunub.





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi AZAL Zirə Kəpəz