Futbolda radikal dəyişikliklər ola bilər

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) futbolda dəyişikliklər etməyi müzakirəyə çıxaracaq.

Newsport.az-ın məlumatına görə, əsas müzakirə mövzularından biri matçın 90 dəqiqədən 60 dəqiqəyə endirilməsiylə bağlıdır. Həmçinin, cərimə zərbəsini və künc zərbəsini yerinə yetirən oyunçuların ötürmə vermədən topu birbaşa özünün oyuna daxil etməsi, cərimə zərbələri zamanı topu saxlamağa ehtiyac duymadan hərəkət edərkən belə oyuna daxil edilməsi, qapıçıların komanda yoldaşlarından geri ötürülən topları tutması halında birbaşa penalti qərarı verilməsi, penalti zamanı cərimə meydançasına digər oyunçu ayaq qoysa belə, qolun qeydə alınması müzakirəyə çıxarılacaq.

Bu barədə ABŞ-ən "Times" nəşrinə danışan İFAB direktoru David Elleray məlumat verib. Elleray tarixi dəyişiklər üçün nəzərdə tutulan sənədlərin hazırlandığını və təklif olunanların idarə heyəti tərəfindən dəyərləndiriləcəyini bildirib.

90 dəqiqəlik matç 60 dəqiqə olsa, topun oyunda olmadığı dəqiqələr ayrıca hesablanacaq və əsas vaxta əlavə olunacaq. Top oyunu tərk edən kimi vaxt dayandırılacaq. Həmçinin, qapıçı vuruşları zamanı topa müdafiəçilərdən biri mütləq toxunmalıdır. Penaltilərdə isə qaçırılan şansdan sonra qapıçı vuruşu olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right