"Ayaks"ın yeni baş məşqçisi müəyyənləşdi

Hollandiyanın “Ayaks” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Marsel Kayzer Amsterdam təmsilçisinin baş məşqçisi postuna təyin edilib. Buna qədər 48 yaşlı mütəxəssis "Ayaks"ın gənclərdən ibarət komandasını çalışdırırdı. Onunla 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kayzer bu vəzifədə Dortmund “Borussiya”sına rəhbərlik edəcək Peter Boşu əvəzləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right