Vüqar Əsgərov Latviyada het-trikə imza atdı

Latviya birinci liqasında 10-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - "Olayne" səfərdə "Smiltene" ilə qarşılaşıb vəbu oyundan qələbə ilə ayrılıb - 4:0.

Start heyətdə meydana çıxan Vüqar sonadək oynayıb. Komandasının qələbəsində futbolçumuzun xüsusi payı olub. Belə ki, 31-ci dəqiqədə hesabı açan Əsgərov 41 və 65-ci dəqiqədə hesabı darmadağın həddinə çatdırmaqla yanaşı, het-trikini də rəsmiləşdirib.

Qeyd edək ki, bu, onun cari mövsümdə vurduğu 8-ci qoldu. "Olayne" 10 turdan sonra 17 xalla 14 komanda arasında 3-cü pillədə qərarlaşıb və ehtiyatda bir oyunu var.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right