"Qəbələ"nin sabiq üzvü Prrmyer Liqada

"Qəbələ"nin sabiq futbolçusu Mixail Sivakovun geni komandası bəlli olub.
 
Newsport.az-ın məlumatına görə, Belarus yığmasının müdafiəçisi karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.
 
 O, rəsmən "Amkar"a transfer olunub. 29 yaşlı oyunçu ilə 2 illik müqavilə bağlanılıb. Mixail Sivakov Perm klubuna"Orenburq"dan keçib. 
 
Qeyd edək ki, Mixail Sivakov "Qəbələ"də 2014/15 mövsümünün ikinci yarısında çıxış edib. Mərkəz müdafiəçisi 12 oyunda forma geyinib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right