“Napoli” Reynaya yeni müqavilə təklif etdi

“Napoli” rəhbərliyi Xose Reynanın komandada qalmasını istəyir. 

Newsport.az-ın məlumatına görə, artıq ispan qapıçıya yeni müqavilə təklif olunub. 

Sözləşmə 2019-cu ilin yayına kimi nəzərə tutulub. Təklifi qəbul edəcəyi halda, Reynanın illik məvacibi 2,3 milyon avro olacaq. 

Qeyd edək ki, son mövsüm “A” seriyasında 37 oyundan 12-də ispan qolkiper qapısını toxunulmaz saxlayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right