"Bavariya", "Liverpul", "Atletiko" və "Napoli" eyni turnirdə

Audicup – 2017-in iştirakçıları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, hər il təşkil olunan və “Bavariya”nın ev sahibliyi etdiyi turnirdə ənənəyə uyğun olaraq 4 komanda çıxış edəcək. Avqustun 1-i və 2-də keçiriləcək oyunlarda ev sahiblərindən əlavə “Liverpul”, “Atletiko” və “Napoli” çıxış edəcək.

Ayın 1-də ilk olaraq “Atletiko” “Napoli” ilə üz-üzə gələcək. Günün ikinci matçında isə “Bavariya” ilə “Liverpul” münasibətlərinə aydınlıq gətirəcəklər. 
Ertəsi gün qaliblər öz aralarında çempionu, məğlublar isə 3-cü yerin sahibini müəyyənləşdirəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right