Sabiq “Qalatasaray”lıdan Sabriyə təklif

“Qalatasaray”ın bir neçə gün öncə yollarını ayırdığı Sabri Sarıoğlu karyerasını “Kayserispor”da davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Belə ki, Kayseri klubunun prezidenti Erol Bedir yerli mətbuata açıqlamasında “Sabri ilə telefonla danışmışıq, ona qapımız həmişə açıqdı” deyib. Bundan əlavə, hazırda “sarı-qırmızılar”da top qovan sabiq “Qalatasaray”lı Umut Bulut da Sabriyə zəng edərək, ona “Kayserispor”a gəlməyi təklif edib.

Xatırladaq ki, “Qalatsaray”ın yetirməsi olan Sabri, 15 il bu klubun əsas komandasında top qovub. 33 yaşlı müdafiəçinin klubla müqavilə müddəti mövsümün sonunda bitsə də, rəhbərlik onunla yeni müqavilə bağlamağı lazım bilməyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right