"Lester Siti"dən 20 milyon avroluq transfer

"Lester Siti" heyətinə yeni futbolçu cəlb edib.

Newsport.az-ın məlumatına görə, "tülkülər" "Hall Siti"nin müdafiəçisi Harri Maqiranı transfer edib. 24 yaşlı futbolçuyla 5 illik müqavilə imzalanıb. Bu transfer üçün "Lester Siti" "pələnglər"ə 20 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Maqira ötən mövsüm 29 oyunda meydanda olub və 2 qol, 2 assistlə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right