Eddi İsrafilovun komandası qələbə qazandı

İspaniya La Liqasına sonuncu vəsiqə uğrunda keçirilən pley-off oyunlarından daha biri baş tutub.

Newsport.az-ın məlumatına görə, ilk olaraq "Hueska" doğma meydanda "Xetafe" ilə bərabərə qalmışdısa (2:2), ikinci oyun günündə "Kadis" "Tenerife"ni qəbul edib.

Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu "Kadis" ilk oyunda minimal hesablı qələbəyə sevinib. Amma millimizin üzvünün adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, iyunun 17-də "Xetafe" ilə "Hueska" arasında cavab görüşü keçiriləcək. "Kadis" isə bir gün sonra "Tenerife"nin qonağı olacaq. Qalib komandalar elitaya vəsiqə uğrunda final görüşündə üz-üzə gələcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right