Donnarumma "Milan"la bağlı qərarını verdi

Canluici Donnarumma “Milan”la yeni müqavilə imzalamayacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Qırmızı-qaralar”ın baş direktoru Marko Fassone bildirib ki, 18 yaşlı qapıçı komandayla müqaviləni uzatmaq niyyətində deyil.

İtaliya millisinin üzvünün agenti Mino Rayola yekun qərar verdiklərini və "Milan"la müqavilə bağlamaq fikirlərinin olmadığını bildirib.

Donnaruma hazırki müqaviləsinə görə illik 250 min avro maaş alır. “Milan” qolkiperə ildə 4,5 milyon avroluq əmək haqqı təklif etsə də, danışıqlar müsbət nəticələnməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right