“Real” məni 14 yaşımdan istəyir” Mbappe

“Monako”nun futbolçusu Kilian Mbappe gələcəyi ilə bağlı sualları cavablandırıb.

Newsport.az-ın məlumatına görə, gənc oyunçu hələ bir qərar vermədiyini deyib.

“İndi ailəmlə birlikdə tətilə yollanıram. İstirahətdən qayıtdıqdan sonra karyeramla bağlı qərar verəcəm. Əvvəlcə klubumun nə fikirləşdiyi önəmlidir, axı mən azad agent deyiləm. “Monako” ilə davam edən müqaviləm var. Görək necə olacaq?” – Mbappe o bildirib.

Fransa millisinin üzvü “Real”a mümkün keçid haqqında da şərh verib: “Real”? "Kral klubu" məni 14 yaşımdan bəri istəyir. Bu, məni çox məmnun edir”.

Qeyd edək ki, 18 yaşlı futbolçu ilə “Real”dan başqa “Liverpul” və “Arsenal” da maraqlanır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right