"Xəyallarımı oğurladılar" Sabri Sarıoğlu

“Qalatasaray” yetirməsi olan Sabri Sarıoğlu ilə uzun müddətdən sonra yolları ayırıb.

Newsport.az-ın məlumatına görə, Türkiyə millisinin sabiq üzvü 15 il İstanbul təmsilçisində çıxış edib. Komandanın bu qərarı isə futbolçu üçün gözlənilməz olub. Sabri daha iki il "Qalatasaray"da çıxış etmək istədiyini dilə gətirib:

"Mənim bir xəyalım var idi: karyeramı başladığım yerdə bitirmək. Ancaq xəyallarımı oğurladılar. 2 il də "Qalatasaray"da oynayıb, futbolçu karyeramı bitirməyi planlaşdırmışdım. Klub rəhbərliyi də mənə söz vermişdi. Lakin son 1 həftədə bu vədlərini unutdular. Rəhbərlik mənə “otur” desə oturardım, “oyna” desə oynayardım. Nə baş verdiyini isə anlaya bilmirəm. Düzünü deyim ki, "Qalatasaray"dan ayrıldığım üçün çox kədərliyəm".

Sabri "Qalatasaray"da 466 matç keçirib, 23 qol və 51 assistlə yadda qalıb. Təcrübəli müdafiəçi komandada 15 titul qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right