Erik Abidal yenidən "Barselona"da

 

 

Bir neçə il öncə karyerasını başa vuran Erik Abidal sabiq komandası "Barselona"ya qayıdıb.

Newsport.az-ın məlumatına görə, veteran futbolçu katalon klubunun yeni səfiri təyin olunub.

O, müxtəlif tədbirlərdə klubun nümayəndəsi kimi iştirak edəcək. Abidal "Legends" layihəsinin də üzvü olub. Bu layihə dünyada veteran futbolçuların arasında xeyriyyə oyunları keçirmək istiqamətində fəaliyyət göstərir.

Qeyd edək ki, Abidal 2007-13-cü illərdə "Barcelona"nın şərəfini qoruyub. Fransalı müdafiəçi 2014-cü ildə butslarını mismardan asıb. 

 








Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right