"Bursaspor"un prezidenti Prosineçkiyə görə təəssüflənir

Türkiyənin "Bursaspor" klubunun prezidenti Ali Ay Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkidən növbəti dəfə söz açıb.

Newsport.az-ın məlumatına görə, klub rəhbəri xorvatiyalı mütəxəssislə işbirliyinin alımadığına görə üzünsütünü ifadə edib: "Prosineçki ilə çox çalışmaq istədik, onunla anlaşmaq üçün çox çalışdıq. Özü də "Bursaspor"u diqqətdə saxlayırdı, amma alınmadı. Qarşıdakı həftə içində baş məşqçi məsələsi həllini tapacaq".

Xatırladaq ki, "Bursaspor" millimizin baş məşqçisi ilə danışıq aparsa da, sonda razılıq əldə edə bilməmişdi. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right