"Mançester Yunayted" yeni transferini təqdim etdi

"Mançester Yunayted" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, "qırmızı şeytanlar" Portuqaliyanın "Benfika" klubunun müdafiəçisi Viktor Lindelofla anlaşıblar. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Lindelofla 4+1 illik müqavilə imzalanıb. Bu transfer üçün Premyer Liqa klubu 30 milyon funt sterlinq təzminat ödəyəcək.

Qeyd edək ki, isveçli müdafiəçi 2012-ci ildən "Benfika"da çıxış edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right