"Jilina" Ramil Şeydayev üçün "Trabzonspor"a müraciət etdi

Slovakiyanın "Jilina" klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin transfer hüququnu ələ keçirmək niyyətindədi.

Newsport.az-ın məlumatına görə, "Jilina" rəhbərliyi bunun üçün "Trabzonspor"a müraciət edib. Türkiyə mətbuatının yazdığına görə, 21 yaşlı hücumçu üçün "bordo-mavililər"ə 500 min avro təklif olunub.

"Trabzonspor" isə 2 milyon avro istəyib. Lakin Türkiyə təmsilçisi oyunçunun çox da bazarlıq etmədən ən münasib şərtlərlə verilməsini qərara alıb.

Qeyd edək ki, Ramil Şeydayev "Trabzonspor"a 2016-cı ilin yayında Rusiya "Zenit"indən transfer olunub. Lakin o, qışda "Jilina"ya 1,5 illik icarəyə verilib. Slovakiya təmsilçisinin heyətində 12 oyuna 6 qol və 2 məhsuldar ötürmə müəllifi olan Şeydayev ölkə çempionluğunu da qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right