Sabiq "Qarabağ"lı millimizin rəqibini məyus etdi

DÇ-2018-in seçmə mərhələsində milli komandamızla eyni qrupda yer alan Norveç yığması bu gün İsveçlə yoxlama oyunu keçirib. 

Newsport.az-ın məlumatına görə, Osloda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. 44-cü dəqiqədə Norveç hesabda önə keçsə də, qələbə hesabını qorumaq mümkün olmayıb. 69-cu dəqiqədə meydana daxil olan “Qarabağ”ın keçmiş hücumçusu Samuel Armenteros 82-ci dəqiqədə fərqlənib və oyunda yekun nəticəni müəyyənləşdirib - 1:1.

27 yaşlı forvard millidə debüt matçında qol vurmağa müvəffəq olub.

Qeyd edək ki, Armenteros 2015/16 mövsümündə formasını geydiyi Ağdam klubunda keçirdiyi 23 oyunda 7 qol vurub. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right