Qurban Qurbanov və Qriqorçuk avrokubokların ən yaxşılarını seçəcək

UEFA 2016/17 mövsümündə Avrokuboklarda özünü yaxşı tərəfdən göstərən futbolçulara təqdim etmək üçün 5 yeni mükafat təsis edib.

 

Newsport.az-ın məlimatına görə, onlar Çempionlar Liqasının ən yaxşı qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi, hücumçu və Avropa Liqasının ən yaxşı oyunçusu üçün hazırlanıb.

 

Qalibləri 2016/17 mövsümünə Avroliqa və Çempionlar Liqasının qrup mərhələsində oynayan klubların baş məşqçiləri və 55 tanınmış idman jurnalistindən ibarət münsiflər heyyəti süçəcək. Məşqçilərə öz komandasının oyunçusuna səs vermək qadağandır. 

 

Qeyd edək ki, "Qarabağ" və "Qəbələ" ötən mövsüm Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazandığından münsiflər heyətində Qurban Qurbanov və Roman Qriqorçuk da yer alacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right