Ronaldo yerinə gələcək futbolçunun adını açıqladı

Madridin "Real" klubunun futbolçusu Kriştianu Ronaldo Portuqaliya millisindəki varisinin adını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı futbolçu özündən sonra yığmada liderin Andre Silva olacağını deyib.

İtaliyanın "Gazzetta dello Sport" qəzetinə açıqlama verən təcrübəli oyunçu gənc həmkarı haqqında bunları deyib: "Karyeramı bitirəndə Portuqaliyanın əmin əllərdə olacağını bilirəm. Çünki möhtəşəm bir hücumçumuz var. Andre çox istedadlıdır. Onun bu formaya xidmət edəcəyinə inanıram".

Qeyd edək ki, Andre Silva "Portu"dan "Milan"a 38 milyon avroya transfer olunub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right