Estoniyalı bombardir Azərbaycan klubunda?

Polşa Ekstraklasasında çıxış edən “Yagelloniya” klubunun yarımmüdafiəçisi Konstantin Vasilyev karyerasını Azərbaycanda davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, onunla maraqlan klub avrokuboklarda mübarizə aparan komandadır. Vasilyev isə açıqlmasında bildirib ki, tez qərar vermək niyyətində deyil: “Qərarımı bu həftənin sonuna qədər də verə bilərəm. “Yagelloniya” ilə müqavilə başa çatıb. Klubda qalacam? Bu barədə qərar verməmişəm, tələsmək istəmirəm. Təkliflər çoxdur, götür-qoy edirəm. İyunun sonuna qədər qərarımı verəcəm”.

Qeyd edək ki, Vasilyevin qışda da Premyer Liqamıza gələcəyi gözlənilirdi. Lakin komandası çempionluq uğrunda mübarizə apardığı üçün Konstantini buraxmamışdı. Polşa mətbuatı onun xidmətində “Neftçi”nin maraqlı olduğunu iddia etmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right