İran millisi DÇ-2018-də!

DÇ-2018-in seçmə mərhələsinin Asiya zonasının A qrupunda bir oyun keçirilib.

Newsport.az-ın məlumatına görə, qrupun lideri olan İran millisi öz meydanında Özbəkistan yığmasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Oyunda hesabı 23-cü dəqiqədə Sərdar Azmun açıb. 88-ci dəqiqədə isə Mehdi Taremi oyunda yekun hesabı müəyyənləşdirib.

Bu qələbə ilə xallarının sayını 20-yə çatdıran İran yığması 2 tur öncədən DÇ-2018-ə vəsiqəni təmin edib. Rusiyada keçiriləcək mundial bu yığmanın qatıldığı 5-ci dünya çempionatı olacaq. İranlılar daha öncə 1978, 1998, 2006 və 2014-cü illərdə keçirilən mundialların iştirakçısı olmuşdu.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right