"Qarabağ"ın sabiq futbolçusu İsveç millisinə dəvət aldı

Qarabağ"ın sabiq hücumçusu Samuel Armenteros İsveç milli komandasına dəvət alıb.

Newsport.az-ın məlumatına görə, komandanın baş məşqçisi Yann Andersson 27 yaşlı futbolçunu iyunun 13-də baş tutacaq Norveçlə yoldaşlıq görüşünə çağırıb. Armenteros Oslodakı "Ullevaal" stadionunda keçiriləcək qarşılaşmada meydana çıxsa, əsas millidə debüt edəcək.

Əsas milliyə ilk dəfə dəvət alan "Herakles"in hücumçusu fikirlərini bildirib: "Bu şansa görə minnətdaram. Yığma komandaya dəvət almaq şərəfdir. Hər zaman ən yaxşısını etmək üçün çalışmışam. Özümü sübut etmək istəyirəm".

Qeyd edək ki, Samuel Armenteros "Qarabağ"da 2015/16 mövsümündə çıxış edib və 23 oyuna 7 qol vurub. Armenteros bu mösüm Hollandiya Eredviziyasında 19 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right