Adı Premyer Liqa klubumuzla hallanan futbolçu "Panatinaikos"a keçə bilər

Adı Azərbaycan klubları ilə birgə hallanan Albaniya millisinin üzvü Andi Lila daha bir komandanın transfer hədəfinə düşüb.

Newsport.az-ın məlumatına görə, Yunanıstanın “Panatinaikos” klubu futbolçunu transfer etmək istəyir. Albaniya mətbuatının yaydığı xəbərə görə, “Pas Giannina” ilə müqaviləsi başa çatan 31 yaşlı futbolçu yaxın günlərdə “Panatinaikos”la rəsmi müqavilə imzalaya bilər.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi peşəkar futbolçu karyerasına "Lesa" klubunda başlayıb. 2011-ci ildən "Pas Giannina"nın şərəfini qoruyan futbolçu 2015-ci ildə icarə əsasında İtaliyanın məşhur "Parma" klubunda top qovub. O, Albaniya millisi ilə ötən il Fransada təşkil olunan Avropa çempionatında da iştirak edib. Lina həmin turnirdə 2 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right