İsrafilovun komandasının pley-offdakı rəqibi məlum oldu

İspaniya Sequndasında mövsümə bu gün yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilofovun çıxış etdiyi "Kadis" çempionatın son turunda səfərdə "Valyadolid"ə 0:1 hesabı ilə uduzub. Eddi millimizin heyətində olduğundan bu matçda klubunun düşərgəsində yer almayıb.

"Kadis" Sequndanı 42 oyundan sonra 64 xalla 5-ci yerdə bitirib və pley-off oyunlarına vəsiqə qazanıb. "Sarılar"ın La Liqaya çıxmaq uğrunda mübarizədə ilk rəqibi "Tenerife" olacaq.

Oyunlar iyunun 15-də və 18-də keçiriləcək. Cütün qalibi "Ueska" - "Xetafe" matçlarında sevinən tərəflə finalda qarşılaşacaq.

Final görüşləri iyunun 21-də və 24-də keçiriləcək.

Qeyd edək ki, La Liqaya "Levante" və "Jirona" klubları vəsiqəni təmin ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right