Gürcüstan Moldova ilə heç-heçə etdi

Gürcüstan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, "Neftçi"nin futbolçusu Georgi Navalovskinin də heyətində yer aldığı bu komanda D qrupu çərçivəsində səfərdə Moldova ilə qarşılaşıb.

Dörd qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 2:2. 36-cı dəqiqədə 0:2 hesabıyla məğlub duruma düşən qonşu ölkə futbolçuları qalan dəqiqələrdə buraxılan topların əvəzini çıxa biliblər.

Start heyətdə meydana çıxan Navalovski 90 dəqiqə oynayıb. "Qəbələ"dən ayrılaraq Qazaxıstan "Tobol"una üz tutan Nika Kvekveskiri də 35-ci dəqiqədən etibarən meydana çıxıb.

Qeyd edək ki, Gürcüstan yığması 6 oyundan sonra 3 xalla qrup beşincisidi.

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right