Seriya A-da dəyişiklik

Yeni mövsümdən İtaliya Seriya A-sında dəyişiklik olacaq.
Newsport.az-ın məlumatına görə, İtalya futbol federasiyasının prezidenti Karlo Tavekkio 2017/18 mövsümündən etibarən video təkrardan istifadə ediləcəyini bildirib:
 
"Mübahisəli epizodlara baxmaq üçün ayrıca otaq olacaq. Oyunlar ən azı 8 kamera ilə çəkiləcək. A seriyası bunun üçün nəzərdə tutulan 2 milyon avronu öz üzərinə götürəcək.
 
FİFA hələlik son qərarını verməyib. Lakin hər şey buna doğru gedir. Bu üzdən biz yeni mövsümdən başlayırıq"
 
Video təkrarların istifadəsindən sonra qapı arxasındakı hakimlər ləğv ediləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right