Maykl Onillin qələbə şərhi

Dünya Çempionatının seçmə mərhələsində Azərbaycan yığması Şimali İrlandiyaya məğlub olub - 0:1.

Newsport.az-ın məlumatına görə, oyundan sonra britaniyalıların baş məşqçisi Maykl Onill qələbəni şərh edib:

"Çətin oyun oldu. Yaxşı komandaya qarşı oynadıq. Prosineçki güclü heyyət yığıb. Oyunun əvvəlləri çətin keçdi. Bizə lazım olan qələbəni qazandıq. Bəzi futbolçularımız 6 həftə sonra bizə qoşulsa da, qalib gələ bildik".

İrlandiyalı baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Conni İvansın oyunu haqda nə deyə bilərsiniz ?

- Əsl mərkəz müdafiəçisi kimi oyun göstərdi. Rəqibin hücumlarının qarşısını kəsməkdə öz funksiyasını yerinə yetirdi.

 

- Hakim Namiq Ələsgərova qarşı kobudluğu qeydə almadı...

- Epizod cərimə meydançasından kənarda idi. Həmin hücum haqda nəsə deməyə çətinlik çəkirəm. Ümumilikdə yaxşı oyun idarə etdi.

 

- Oyunun nəticəsini ədalətli hesab edirsinizmi?

- İlk hissədə bizim də hücumlarımız oldu. Əsas qələbə qazanmaq idi və bunu bacardıq. Qrupda ən güclü Almaniya yığmasıdır. Çalışacağıq ki, onlardan sonra ikinci pillədə qərarlaşaq.

 

- Belfastla Bakıdakı oyun arasında nə fərq var idi?

- Azərbaycan fərqli oyun nümayiş etdirdi. Belfastdakı qarşılaşmada daha az topla oynayırdı. Bilirdik ki, onlar fərqli oyun nümayiş etdirəcək. 

 

- Hesab belə bitsəydi, nəticə sizi qane edəcəkdimi ?

- Xoşbəxtəm ki, qələbə qazandıq. Heç-heçə də bizə sərf edəcəkdi. Amma bu nəticə Dünya Çempionatında çıxmaq yolunda daha çox kömək edəcək.

 

- Hansı futbolçunu Azərbaycan millisində fərqləndirə bilərsiniz?

- Əsas komandanı qeyd etmək istəyərdim. Kapitanınız, Qara Qarayev, Şeydayev və əsas da Riçard Almeyda yaxşı oyun nümayiş etdirdi. Azərbaycan millisi bu heyyətlə daha yaxşı nəticələr əldə edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right