Nazarovun 31 yaşlı məşqçisi "Şalke"ni çalışdıracaq

Almaniyanın "Şalke" klubunda baş məşqçi dəyişikliyi baş tutub.

Newsport.az-ın məlumatına görə, Bundesliqa təmsilçisi Markus Vaynsirlla yolları ayırıb. 42 yaşlı mütəxəssisin əvəzinə isə Domeniko Tedesko gəlib. 31 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

İtaliyalı mütəxəssis son mövsüm Almaniya II Bundesliqasında çıxış edən "Aue" klubunu çalışdırıb. "Aue" Todeskonun gəlişindən sonra çempionatda qalmağı bacarmışdı.

Xatırladaq ki, millimizin üzvü Dmitri Nazarov da "Aue"nin şərəfini qoruyur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right