Stiven Devis: "Yalnız 3 xal qazanmağı planlaşdırırıq" MÜSAHİBƏ

Dünya Çempionatının seçmə mərhələsində sabah Azərbaycan millisi Şimali İrlandiya ilə qarşılaşacaq.
 
Newsport.az-ın məlumatına görə, britaniyalıların üzvü Stiven Devis oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
 
 
- Türkiyədəki hazırlıq necə keçdi?
- Hava şəraiti Azərbaycana çox uyğun idi. Ona görə də orada hazırlaşdıq. Yaxşı keçdi və ümid edirəm ki, bunun təsiri yaxşı olacaq.
 
- Komandanın bir neçə oyunçusunun matçı buraxması oyununuza necə təsir edəcək?
- 6 oyunçumuz müxtəlif səbəblərdən bu oyunda iştirak edə bilməyəcək. Ancaq onların əvəzinə yeni perspektivli oyunçularımız var. Bakıya 3 xal üçün gəlmişik.
 
- Azərbaycana sonuncu səfərdə məğlub olmuşdunuz...
- Sonuncu dəfə Azərbaycanda olanda qrupda vəziyyət fərqli idi. Ancaq bu dəfə tamam ayrıdır. Hər iki komanda 2-ci yer uğrunda mübarizə aparır. Bu dəfə daha çətin olacaq. Ancaq inanırıq ki, yaxşı nəticə qazanacağıq. Yalnız 3 xal qazanmağı planlaşdırırıq.
 
- Şimali irlandiya yığması Bakıda heç vaxt qələbə qazanmayıb. Statistikaya görə, bu dəfə də alınmayacaq. Mümkün heç-heçə onlar üçün yaxşı nəticə sayılacaqmı?
- Hər səfər oyunu çətin olur. Azərbaycanı ilk oyunda məğlub etmişik. Düşünürəm ki, burda qalib gələ biləcəyik.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right