Ronaldonun 15 il sonra açdığı sirr

Braziliyalı keçmiş futbolçu Ronaldo Luis Nazario açıqlama verib.

Newsport.az-ın məlumatına görə, Ronaldo DÇ-2002-də Türkiyə ilə yarımfinal matçına çıxdığı saç stili ilə bağlı danışıb.

Braziliyalı ulduz zədələnmək xəbərini gizlətmək üçün bu addımı atdığını bildirib:

“Türkiyəyə qarşı yarımfinal matçı keçirəcəkdik və ayağımda ağrılar var idi. Bu xəbər mətbuata da sızmışdı və ancaq bu haqda danışılırdı. Bu, rəqib üçün yaxşı xəbər idi. Mən isə saçlarımı kəsdim və bütün komanda yoldaşlarım həmin saç stilinə görə mənə güldülər. Fikir verdim ki, bu addımımdan sonra hamı zədəmi unutdu. Heç kim zədəmlə bağlı danışmır, saç stilimi müzakirə edirdilər. Mən də yarımfinal və final oyunlarını çox rahat şəkildə oynamışdım”. 

Qeyd edək ki, Braziliya DÇ-2002-nin qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right