UEFA-nın baş katibi Bakıda

UEFA-nın baş katibi Teodor Teodoridis Azərbaycana gəlib.

Newsport.az-ın məlumatına görə, yunan qonaq Bakıda işgüzar səfərdədi.

Teodoridis AFFA-dan olan həmkarı Elxan Məmmədovla birgə bu gün MFL-nin keçirdiyi tədbirdə olub. O, Fransanın əfsanəvi futbol fristayleri Sean Qarnyerinin komandasının “Sportster” idman meydançasında Mini Futbol Liqasının ən güclülərindən ibarət “MFL All Stars” yığması ilə qarşılaşmasını izləyib. 

Qitə futbol qurumunun əsas rəhbər şəxslərindən birinin Bakıya səfərinin məqsədini öyrənmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. O, səfərin məramını sabah açıqlayacaqlarını bildirib. Teodoridisin Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə iyunun 10-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyununu da seyr edəcəyi gözləmək olar.

Xatırladaq. UEFA-nın baş katibi ötən il Bakıda 2 müxtəlif vaxtda səfərdə olub. O, öncə AFFA-nın Hesabat-Seçki Konfransında iştirak edib, daha sonra UEFA-nın yeni prezidenti Aleksander Çeferini AFFA rəhbərliyi ilə görüşmək məqsədilə ölkəmizə etdiyi səfər zamanı müşayiət edib.

Sport24.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right