Pepe: "Yeni bir macəraya başlayacağam"

"Real"la müqaviləsi başa çatan Pepe komandadan ayrılıb.

Newsport.az-ın məlumatına görə, bu barədə İspaniya mətbuatına danışan 34 yaşlı müdafiəçi Kral klubunun təklif etdiyi yeni müqavilənin şərtlərindən razı qalmadığı üçün bu addımı atdığını deyib:

"2 illik müqavilə gözləyirdim, ancaq 1 illik müqavilə təklif olundu. "Real"ın mənə qarşı münasibəti dürüst deyildi. Məni komandadan kənarda qoymaqlarını başa düşmədim. Mən bu komandaya hər şeyimi verdim. Qanımın son damlasına kimi mübarizə apardım. İndi yeni bir macəraya başlayacağam".

Qeyd edək ki, Portuqaliya millisinin üzvü 2007-ci ildən "kral klubu"nun şərəfini qoruyurdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right