"Özilin transferi təhqir idi" "Qəbələ"nin sabiq baş məşqçisi

“Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams “Arsenal”ın baş məşqçisi Arsen Vengerə növbəti dəfə ismarıc yollayıb.

Newsport.az-ın məlumatına görə, Adams klubun transfer siyasətini sərt şəkildə tənqid edib:

“Özilin "Arsenal"a transfer edilməsi düzgün addım deyildi və bu təhqir idi. Cek Uilşir də Özil kimi güclü futbolçudu və heyətdə yer alırdı. Amma klub transfer fəaliyyətində düzgün addım atmır. Uilşirin yerində olsaydım, Arsen Vengerə zəng edərək “Mən Özillə eyni səviyyəli futbolçuyamsa, sən hansı əsasla onun transferinə 45 milyon avro xərcləyirsən?”

Qeyd edək ki, Adams hazırda "Qranda" klubunu çalışdırır. Onun komandası La Liqadan Sequndaya yuvarlanıb. Cek Uilşir isə ötən mövsümü icarə əsasında "Bornmut"da keçirib. İngiltərə millisinin üzvü çox oyunlarda zədə səbəbindən oynamayıb. Özil isə 2013-cü ildə "Real"dan "topçular"a keçib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right