"Lion"un futbolçusu "Fənərbaxça"da

“Fənərbaxça” 2-ci transferini həll etmək üzrədi.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi “Lion”un yarımmüdafiəçisi Matye Valbuenanın transferini həll edib. Valbuena icarə əsasında 1 il “Fənərbaxça”da çıxış edəcək. 32 yaşlı futbolçunu birdəfəlik transfer etmək üçün müqaviləsinə xüsusi şərt qoyulacaq. Valbuenanın keçidi "Fənərbaxça"ya 4 milyon avroya başa gələcək. Qeyd edək ki, Valbuena iyunun 9-da İstanbula gələrək tibbi müayinədən keçəcək. "Fənərbaxça" daha öncə "Trabzonspor"dan Mehmet Ekicini də transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right