"Azərbaycan millisini ciddi qəbul etməliyik"

"Biz qrupda ikinciyik və bu pillədə də qalmaq istəyirik. Buna görə Azərbaycanla matç bizim üçün önəmlidir".

Newsport.az-ın məlumatına görə, bu sözləri Şimali İrlandia millisinin futbolçusu Şay Makkartan DÇ-2018-in seçmə mərhələsində yığmamızla oyun öncəsi "Belfast Telegraph"a açıqlamasında deyib. O, asan rəqiblə oynamayacaqlarını bildirib: "Bu komandanı ciddi qəbul etməliyik. Bakıda sərt istilər olacaq. Ona görə də hazırda Türkiyədə təlim-məşq toplanışı keçməyimiz yaxşı haldır. Çünki bu, bizə iqlimə tez uyğunlaşmaq imkanı verəcək". Ş. Makkartan Azərbaycana qarşı oyunda ona şans veriləcəyi təqdirdə, məmnun olacağını söyləyib: "Meydana çıxıb komandama kömək etməyə hər zaman hazıram".

Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya görüşü iyunun 10-u saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right