Ukrayna Maltaya məğlub oldu

Ukrayna milli komandası yoldaşlıq görüşündə Malta yığmasına uduzub.
 
Newsport.az-ın məlumatına görə, Avstriyanın Qrats şəhərindəki Arnold Şvartsenegger adına stadionda keçirilmiş qarşılaşmada "cırtdan ölkə" komandası 1:0 hesabı ilə qalib gəlib. 
 
Yeganə qolu 14-cü dəqiqədə yarımmüdafiəçi Zak Muskat vurub. Ona ötürməni müdafiəçi Aleksander Muskat verib. 
 
Qeyd edək ki, FİFA-nın son reytinq siyahısında Ukrayna 37-ci, Malta 182-ci pillədə yer alıb. Malta 2016-cı il Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb. Millimiz Bakıdakı görüşdə 2:0 hesabı ilə qalib gəldiyi halda səfərdə heç-heçə edib.
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right