Türkiyə klubu Prosineçkidən imtina etdi, Akçayla anlaşdı

Türkiyə Superliqasında mübarizə aparan “Konyaspor” klubunun yeni baş məşqçisinin adı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Konya təmsilçisi son olaraq “Osmanlıspor”da çalışan Mustafa Reşit Akçaya tapşırılıb. Klub rəhbərliyi bir neçə baş məşqçi ilə danışıq aparsa da, sonra Akçaya güvənməyi üstün tutub. 58 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, millimizin baş məşqçisi Robert Prosineçkinin də adı “Konyaspor”la hallanırdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right