Almaniya Danimarka ilə bacarmadı

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Almaniya millisi yoxlama oyununda qüvvəsini sınayıb.

Newsport.az-ın məlumatına görə, Yoahim Lövün komandası Danimarka yığması ilə qarşılaşıb.

Matç 1:1 hesablı bərabərliklə başa çatıb. Belə ki, matçda hesabı Danimarka millisi açıb. 18-ci dəqiqədə “Tottenhem”in futbolçusu Kristian Eriksen “bundestim”i məyus edib. Almaniya yığması görüşün 88-ci dəqiqəsində hesabı bərabərləşdirməyi bacarıb. Kimmix möhtəşəm zərbə ilə hesabda tarazlığı bərpa edib.

Danimarka - Almaniya 1:1

QOLLAR: Kristien Eriksen, 18 - Coşua Kimmix, 88

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right