Arda milli karyerasını başa vurdu

“Barselona”nın futbolçusu Arda Turan milli karyerasını başa vurub.

Newsport.az-ın məlumatına görə, bu haqda o, hazırda davam edən mətbuat konfransında məlumat verib. O, fikirlərini belə izah edib:

“Jurnalitin üzərinə hücum etdiyimə görə peşman deyiləm. Özümü quş kimi hiss edirəm. Yığmanın forması əynimdə olarkən səhv etdim və məşqçilər korpusu ilə görüşüb, Kosovo ilə matçda oynamamaq qərarına gəldim. Bu gün 2012-ci ildən bəri Türkiyə futboluna hərtərəfli xidmət etmiş, pulu düşünmədən ölkəsini sevən bir insan kimi qaşınıza çıxıram. İndiyə qədər birgə çalışdığım hər kəsə təşəkkür edirəm. Hər hərəkətin bir qarşılığı olmalıdı. Mən də bu hərəkətimin əvəzində milli karyeramı başa vururam”.

Qeyd edək ki, Arda Turanın bu qərarından əvvəl Türkiyə millisinin baş məşqçisi Fatih Terim onu millinin düşərgəsindən kənarlaşdırıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right