Min cavana dəyən yaşlı futbolçular YAZI

Modern futbolda temp və matç çoxluğunun artmasını nəzərə alanda, futbolçuların fiziki göstəriciləri üst səviyyədə olmalıdır. Bu səbəbdən də yaşı keçmiş futbolçulara klublar tərəfindən etimad göstərilmir.
 
Belə bir deyim var: Qanunlar pozulmaq üçündür. "Yaşlı futbolçuların fiziki göstəricilər daha zəifdir" fikrini alt-üst edən oyunçular mövcuddur. Newsport.az min cavana dəyən 12 yaşlı futbolçu diqqətinizə çatdırır:
 
12. Xavi Hernandez
"Barselona"nın əldə etdiyi kubokların və qələbələrin memarı kimi Lionel Messi göstərilsə də, pas intensivliyinin təşkilində əsas fiqur Xavi idi. İspaniya milli komandasında İniesta ilə möhtəşəm tandem təşkil etmişdi. Dünya Çempionatının qalibi olanda 30, Avropa çempionluğunu qazananda isə 32 yaşı var idi. Yarımmüdafiəçi hələ də karyerasını bitirməyib. Hazırda 37 yaşı olan Xavi Qətər çempionatında "Əl-Sədd"in şərəfini qoruyur.
 
11. Didier Droqba
Bir müddət "Qalatasaray"da da çıxış edən futbolçu "Çelsi"yə Çempionlar Liqası qalibiyyətini qazandıran qolu vurduğunda 34 yaşı var idi. Futbola və oynamağa doymayan hücumçu hazırda ABŞ-ın "Foniks" klubunda çıxış edir.
 
10. Di Natali
Karyerası ərzində hörmət edilən futbolçu olsa da, 32 yaşına qədər mövsüm ərzində heç vaxt 20 qol səddini keçə bilməmişdi. Həmin il 29 dəfə rəqib komandaları məyus etmişdi. Növbəti mövsümlərdə isə 28,23,23,23 və 17 qol burmağı bavarmışdı. Klub karyerası ərzində 227 dəfə fərqlənməyi bacaran Natalinin son illərdəki performansı azarküşləri heyrətə gətirir.
 
9. Riki Lambert
18 illik karyerası ərzində o qədər də tanınan biri olmadı. "Sauthempton"dakı çıxışı ilə həm adından söz açdırdı, həm də "Liverpul"a transfer oldu. Lakin bu nağıl uzun davam etmədi və Mersesayd təmsilçisindəki çıxışı uğurlu alınmadı. Lambertin 30 yaşında nümayiş etdirdiyi oyunu hələ çoxları danışacaq.
 
8. Luka Toni
 2006-ci il Dünya Çempionatında İtaliya millisinin heyyətində qələbə sevinci yaşayan hücumçu həmin mövsüm Seriya A-da bombardir olmuşdu. Bu uğurdan sonra eniş dönəmini yaşayan Toninin son illərdə göstərdiyi performans hamını heyrətləndirdi. O, "Verona"nın heyyətində yenidən Seriya A-da bombardir oldu. Son iki mövsümdə isə 20 qol səddini keçməyi bacardı.
 
7. Piter Şmayxel
"Mançester Yunayted"in əfsanələrindən olan qapıçı 36 yaşı olanda 3 kubokla komandası ilə vidalaşmışdı. Qapıçılıq refleksləri yaşı səbəbindən zəifləsə də, fiziki performansı həmişə üst səviyyədə olmuşdu.
 
6. Andrea Pirlo
"İllərin şərabı" tərifinə ən uyğun ad olan italiyalı futbolçu "Yuventus"un son illərdə yaratdığı hökmranlıqda ən pay sahiblərindən biri olmuşdu. Bənzərsiz pasları və oyunu oxumaq bacarığına görə dünyanın ən çox hörmət edilən futbolçularından biri və ya birincisidir. 
 
5. Ues Morqan
"Lester"in tarixi çempionluğunun əsas pay sahiblərindən olan yamaykalı futbolçu ötən mövsümə damğasını vurmağı bacarmışdı. Karyerası ərzində o qədər də tanınmayan müdafiəçi hazırda İngiltərənin ən məhşur simalarındandır.
 
4. Fabio Kannavaro
Dünya futbolunda "Qızıl Top" mükafatını qazanan nadir müdafiəçilərdən olan Fabio Kannavaro bunu 33 yaşında həyata keçirə bilmişdi. Boyunun kiçik olmasına baxmayaraq "Yuventus" və "Real Madrid"in əsas müdafiəçi olmağı bacarmışdı. Müdafiəçi "çəkməçilər"in əsas futbol fiqurlarından biri sayılır.
 
3. Edvin Van der Sar
"Mançester Yunayted"ə transfer olanda 35 yaşı var idi. Hollandiyalı "qırmızı şeytanlar"ın heyyətində çox uğurlu bir dövr keçirdi. 6 mövsümdə 4 dəfə ölkə çempionluğunu, 3 dəfə ölkə kubokunu, 1 dəfə liqa kubokunu və 1 dəfə isə Çempionlar Liqasını qazanmağı bacardı. Ötən mövsüm yenidən bir müddətlik "Hufdklass"ın heyyətində çıxış etdi.
 
2. Poul Skoulz
"Mançester Yunayted" tarixinin simvollarından biri. Heç vaxt sürətli oynamağı bacaran futbolçu olmayıb. Amma bu çatışmazlığını yüksək pas ötürmə və oyun oxumağı bacarmaq qabiliyyətləri ilə siğortlamışdı. 
 
1. Zlatan İbrahimoviç 
Ötən il PSJ-in heyyətində ümumilikdə 50 qol vurmağı bacarmışdı. Yaşının keçməsinə baxmayaraq Dünyanın ən sürətli liqasını olan Premyer Liqada çıxış etməyə başladı. Heç kim "Mançester Yunayted"in heyyətində belə çıxış edəcəyini gözləməsə də, o burada da yüksək performans sərgilədi. Bu mövsüm 28 rəsmi qarşılaşmada 17 qol vurmağı bacardı. Zədəsi olmasaydı bəlkə də bu qolların sayı çox olacaqdı. 
 
İlkin Sultanlı




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right