Arda Turan jurnalisti təhqir etdi

Makedoniya ilə keçirilən yoxlama matçından (0:0) sonra Skopye – Triest marşrutu ilə hərəkət edən Türkiyə millisinin təyyarəsində gərgin anlar yaşanıb.

 

Newsport.az-ın məlumatına görə, “Avro-2016” ərəfəsində yığma komanda ətrafında futbolçulara veriləcək pul mükafatlarına görə böyük söz-söhbət təyyarədə də müzakirə edilib.

 

“Milliyet” qəzetinin idman yazarı Bilal Meşe Arda Turanı özündən çıxardıb:

 

“De görüm sən orada idin? Bizim yanımızda idin? Kimdən pul istəmişik? Kimdən mükafat istəmişik? Danış, elə indi danış. Hər kəs burada ikən danış. Hamının içində soruşuram, bunları sənə kim yazdırdı? Səni bu təyyarəyə alanlara deyirəm. Sənin kimi şərəfsizi bu təyyarəyə alanların….. Məni başqaları kimi bilmə. Mən futbolu buraxaram, amma imkan vermərəm ki, kimsə ailəmə, şərəfimə söz desin. Sən belə xəbər yaza bilməzsən. Rəhbərin Yıldırım Dəmirörəndir. Sən federasiya prezidentinin qəzetində çalışırsan”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right