"Nyukasl"ın sabiq futbolçusu məşq zamanı öldü

Çinin ikinci futbol liqası komandalarından "Pekin Enterprises"ın 30 yaşlı yarımmüdafiəçisi Şeyk İsmael Tiote məşqdə ürək tutması nəticəsində dünyasını dəyişib.

Newsport.az-ın məlumatına görə, futbolçunun meneceri Emanuele Palladino bu barədə İngiltərə mətbuatına açıqlamasında məlumat verib. O bildirib ki, Tiote komandasının məşqi zamanı anidən yerə yıxılıb və həyata gözlərini yumub.

Fil Dişi Sahili yığmasında 55 oyun keçirən futbolçu karyerası ərzində "Anderlext", "Tvente" və "Nyukasl" klublarında çıxış edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right